Koronavirusa yoluxanların çoxu Bakıdandır - Rayonların statistikası

koronavirusa-yoluxanlarin-coxu-bakidandir
Oxunma sayı: 43531

Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib.

"Qafqazinfo"nun məlumatına görə, aprelin 1-nə olan statistikaya əsasən, ölkədə koronavirus infeksiyasına  359 nəfər yoluxub, 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib.

Statistikaya görə, pandemiyaya yoluxanlardan 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. 

Bakının digər rayonları üzrə göstəricilər:

Xətai rayonu - 13,  Səbail rayonu- 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2, Qeyri-müəyyən - 6

Abşerondan olan koronavirus xəstələrinin sayı 11, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.

Azərbaycanın bölgələrinə gəldikdə isə, bu göstərici ən çox Lənkəranda (18) və Cəlilabaddadır (15). Koronavirusa yoluxanlardan  98 nəfəri isə ölkə xaricindən gələnlərdir. 

Digər bölgələr üzrə göstəricilər:

Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar - 1.

Qeyd edək ki, aprelin 3-nə olan məlumata görə, Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir. Məlumatlar  koronavirusinfo.az saytında yayımlanıb.