Koronavirusa yoluxanların sayı artdı

koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 2788

Azərbaycanda son 1 ayda koronavirus infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 513 nəfər sağalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son ayda COVID-19-dan 28 nəfər vəfat edib.

Aktiv xəstə sayı 114-dir.

Qeyd edək ki, dekabr-yanvar ayı ərzində 325 nəfər koronavirusa yoluxmuş, 217 nəfər sağalmış, 21 nəfər isə COVİD-19-un qurbanı olmuşdu.