Koronavirusu özü müalicə etmək istədi, əməliyyatlıq oldu - Foto

koronavirusu-ozu-mualice-etmek-istedi-emeliyyatliq-oldu
Oxunma sayı: 3888

Koronavirusa yoluxan türkiyəli aktrisa Gonca Vuslaterinin başına iş gəlib. Belə ki, onun “COVID-19” səbəbindən burnu tutulub və daha rahat nəfəs almaq üçün türkəçarədən istifadə etmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, Gonca kəklikotunu qaynar su ilə qarışdırıb. Lakin ehtiyatsız dayanaraq isti su olan qazanı üzərinə töküb.

Aktrisa ayağından ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. O, ilkin müdaxilədən sonra əməliyyat olunub.  

Lakin səhhəti qaydasına düşməyən Gonca Vuslateri bu gün növbəti dəfə əməliyyat olunacaq.