Külək 30-35 m/s-dək güclənib

kulek-30-35-ms-dek-guclenib
Oxunma sayı: 1016

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki havanı açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən xəbərə görə, fevralın 25-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Külək Naftalan, Gəncədə arabir 30-35, Tərtərdə 32, Bərdədə 30, Neftçala, Ağdamda 28, Yevlax, Daşkəsəndə 25, Göyçayda 24, Ağstafa, Tovuzda 22, Nabran, Beyləqan, Yevlaxda 20, Mingəçevirdə 19, Bakıda 30, Maştağada 25, Sumqayıtda 24, Neft Daşları, Pirallahıda 23, Çilov adasında 21 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrə çatıb.