Külək ağacı icra başçısının avtomobilinin üzərinə aşırdı - Fotolar

kulek-agaci-icra-bascisinin-avtomobilinin-uzerine-asirdi
Oxunma sayı: 10332

Masallıda güclə külək fərdi evlər, yaşayış binaları və sosial obyektlərlə yanaşı, avtomobillərə də zərər yetirib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun xidməti avtomobilinin üzərinə də ağac aşıb.

Ağacın “BMW” markalı avtomobilin üzərinə aşması nəticəsində avtomobilin ön şüşəsi sınıb, digər avadanlıqları da zərər görüb.