Kürdə batan qardaşların meyitləri tapıldı - Yenilənib

kurde-batan-qardaslarin-meyitleri-tapildi
Oxunma sayı: 7159

Xəbər verdiyimiz kimi, dünən Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində 2 qardaş batıb. 

“Qafqazinfo” xəbər verir ki, batan şəxslərdən birinin, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun axtarışları davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

Salyan rayonunun Aşağı Noxudlu kəndində Kür çayında batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun axtarışları başa çatıb.

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, R. Sadıqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.