Kürdəxanılının ölümündən 3 saat əvvəlki - Videosu

kurdexanilinin-olumunden-3-saat-evvelki
Oxunma sayı: 735

Ötən gün yol qəzasında həlak olan məşhur meyxanaçı Bayram Kürdəxanılının iştirak etdiyi sonuncu məclisin videosu yayılıb.

"Qafqazinfo" baku.ws-ə istinadla xəbər verir ki, 56 yaşlı meyxanaçı ötən gecə Kürdəxanı qəsəbəsindəki toy mərasimindən evə qayıdan zaman yolu keçərkən “Peugeot” markalı, “10-PS-782” dövlət seriya nişanlı avromobil onu vurub.

Sürücü Emin Fərhadov meyxanaçını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.