“Kurtlar Vadisi”nin aktyoru koronavirusdan öldü

kurtlar-vadisinin-aktyoru-koronavirusdan-oldu
Oxunma sayı: 5618

COVİD-19 pandemiyasına yoluxan “Kurtlar Vadisi Pusu” serialının aktyoru Turhan Kaya dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qeyd olunub ki, sözügedən serialda Ordinaryüs obrazını canlandıran 69 yaşlı aktyor müalicə aldığı xəstəxanada vəfat edib.

Sənətçinin oğlu Theo Kaya atasının koronavirusdan öldüyünü açıqlayıb. O, hazırda karantində olduqlarını bildirib.

Xatırladaq ki, aktyor 10 gün bundan əvvəl şiddətli öskürək şikayəti ilə xəstəxanaya müraciət etmişdi.