Laçındakı mövqelərimiz yenidən atəşə tutuldu

lacindaki-movqelerimiz-yeniden-atese-tutuldu
Oxunma sayı: 3728

Yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumatda bildirilib.

Qeyd edək ki, analoji hal ötən gün də qeydə alınıb.