Latviya rusiyalı diplomatı ölkədən qovdu

latviya-rusiyali-diplomati-olkeden-qovdu
Oxunma sayı: 2015

Latviyanın xarici işlər naziri Krişyanis Karinş Rusiya Səfirliyinin diplomatlarından birini “persona non-grata” elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Latviya XİN məlumat yayıb.

Qeyd olunub ki, Rusiya diplomatı aprelin 10-a kimi ölkəni tərk etməlidir.

Məlumata görə, bu gün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Oleq Zıkov bu məsələ ilə bağlı nazirliyə çağırılıb:

“Rusiya səfirliyi Latviya dövlətinin dövlət qurumlarını və hakimiyyət orqanlarını nüfuzdan salmağa və Latviyada cəmiyyət arasında nifrətin qızışdırılmasına yönəlmiş düzgün olmayan ictimai bəyanatları davam etdirir”.