Lavrov İrana gedəcək

lavrov-irana-gedecek
Oxunma sayı: 1690

Rusiya xarici işlər naziri Sergey Lavrov İrana rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

“Bəli, belə bir səfər yaxın gələcəkdə planlaşdırılır. Tarixi sonra açıqlayacağıq”, - diplomat bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi isə Lavrovun səfərinin gələn həftə baş tuta biləcəyini açıqlayıb.