Lavrovla Mirzoyan Qarabağdan danışdı

lavrovla-mirzoyan-qarabagdan-danisdi
Oxunma sayı: 1599

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Lavrovla Mirzoyan Qarabağı müzakirə ediblər.

“Regional sabitlik və təhlükəsizlik problemlərinə, ilk növbədə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət yetirildi”, - deyə məlumatda bildirilir. O da qeyd edilir ki, nazirlər aktual humanitar məsələlərin, ilk növbədə minalanmış ərazilərin xəritələrinin verilməsi və saxlanılan şəxslərin geri qaytarılması, mədəni irs obyektlərinin qorunub saxlanılması problemlərinin ardıcıl həllinin vacibliyini vurğulayıblar.