Lavrovun xüsusi nümayəndəsi Azərbaycana və Ermənistana səfər edəcək

lavrovun-xususi-numayendesi-azerbaycana-ve-ermenistana-sefer-edecek
Oxunma sayı: 1227

Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sentyabrda Azərbaycan və Ermənistana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Denis Qonçar açıqlayıb.

Onun sözlərinə görə, səfərin məqsədi Bakı və İrəvan arasında sülh sazişinin mətni üzərində işlərin davam etdirilməsidir.