Lənkəranda 3 avtomobil toqquşdu, ata-oğul öldü - Foto+Yenilənib

lenkeranda-3-avtomobil-toqqusdu-ata-ogul-oldu
Oxunma sayı: 2626

Lənkəranda üç minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes”, “Chevrolet Cruz” və “VAZ 2109” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü və onun oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində baş verən ağır qəzada ölənlərin kimliyi məlum olub.

Belə ki, qəza zamanı Ə.Sədiyarovun idarə etdiyi “Mercedes”, Z.Kərimovun idarə etdiyi “VAZ 2109” və D.Səfərlinin idarə etdiyi “Chevrolet“ markalı avtomobillər toqquşublar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, nəticədə “VAZ 2109“ markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mercedes“in sürücüsü isə bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.