Lənkəranda 90 yaşlı piyadanı maşın vurdu

lenkeranda-90-yasli-piyadani-masin-vurdu
Oxunma sayı: 1388

Lənkəranda piyadanı maşın vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində olub. Həmin rayonun Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Rzayev Hünər Ərəstun oğlu idarə etdiyi “VAZ-2104” markalı avtomobillə elə həmkəndlisi olan, 1930-cu il təvəllüdlü Qurbanov Fərman Feyzi oğlunu vurub.

Piyadanı sürücü öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstə çoxsaylı sınıq xəsarəti aldığından vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Surxay