Lənkəranda “Dövlət müstəqilliyi Azərbaycan xalqının milli iftixarıdır” mövzusunda bayram tədbiri keçirilib.
İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, icra başçısı Taleh Qaraşov qeyd edib ki, Azərbaycan xalqı özünün tarixi nailiyyəti olan dövlət müstəqilliyinin 25-ci ildönümünü təntənə ilə bayram edir: “Qazanılan bu azadlıq və müstəqillik böyük qurbanlar, şəhidlər bahasına başa gəlib. 1991-ci il avqustun 30-da Azərbaycan parlamentində Müstəqillik haqqında Bəyannamə və oktyabrın 18-də Konstitusiya Aktı qəbul edildi. Beləliklə, Azərbaycan xalqı çoxdankı arzusuna qovuşub”.
Sonra Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov “Dövlət müstəqilliyi Azərbaycan xalqının milli iftixarıdır” mövzusunda məruzə edib.

Son xəbərlər
Son Xəbərlər