Lənkəranda Regional Bərpa Mərkəzi istifadəyə verildi

lenkeranda-regional-berpa-merkezi-istifadeye-verildi
Oxunma sayı: 2768

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

 “Qafqazinfo” xəbər verir ki, mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.

C.Əbdül-Qədirov bildirib ki, bu il Sumqayıt, Xaçmaz, Şəki, Şirvan şəhərlərindəki Regional Bərpa Mərkəzlərinin, Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin respublikamızın bölgələri üzrə genişəndirilməsi də nəzərdə tutulur. Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında da bu ilin Uşaq Bərpa Mərkəzlərinin açılması planlaşdırılır.

Ümumən bu il 8 yeni bərpa mərkəzinin açılması nəticəsində reabilitasiya xidmətləri göstərilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq.

Sonra mərkəzdə yaradılan şəraitə baxış olub. Yeni istifadəyə verilən müəssisədə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə il ərzində 350 əlilliyi olan şəxsə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib.