Leyla Abdullayeva Fransaya səfir göndərildi

leyla-abdullayeva-fransaya-sefir-gonderildi
Oxunma sayı: 11718

Azərbaycanın Fransada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, 41 yaşlı L. Abdullayeva bu təyinata qədər, 2018-ci ildən Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsini icra edib. 

L. Abdullayevanın həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.