Leyla Əliyeva atasını təbrik etdi - “Qoy günəş ölkəmizin üzərində daim parlasın”

leyla-eliyeva-atasini-tebrik-etdi
Oxunma sayı: 7017

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev 80 faizdən çox səslə qalib olub.

“Qafqazinfo”nun məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atasını İnstaqram hesabında təbrik edib.

“Sevimli prezidentimizi və mənim ən layiqli və əziz atamı təbrik edirəm! Hamınıza təşəkkürümü bildirirəm, xoşbəxtlik, cansağlığı və xeyirli günlər arzulayıram!

Qoy günəş ölkəmizin və dünyanın üzərində daim parlasın!”, - deyə Prezidentin böyük qızı qeyd edib.