Leyla Əliyeva məsciddə - Fotolar

leyla-eliyeva-mescidde
Oxunma sayı: 1962

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qusar rayonunun Hil kənd məscidində olub.

“Qafqazinfo” xəbər verir ki, o bununla bağlı instaqram hesabında paylaşım edib.

“Qusar rayonunun Hil kənd Məscidi 1908-1912-ci illərdə yerli sakinlərin ianələri hesabına inşa edilib. Çay daşı və çiy kərpicdən tikilən məscidin interyeri müxtəlif ornamentlərlə bəzədilib. Dəmir örtüklü damı və hündürlüyü 4 metr olan dörd dəmir minarəsi ilə seçilən bu ibadət ocağının daxili divarlarının bəzəkləri bu günədək öz rəngini qoruyub saxlayır”, - paylaşımda deyilir.