Liseyin qarşısında qəza, ölən var

liseyin-qarsisinda-qeza-olen-var
Oxunma sayı: 2884

Dünən Bakıda daha bir ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakıxanov qəsəbəsində - “Kaspi” liseyinin qarşısında Polad Cahangirov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə piyadanı vurub.

Taksi kimi istifadə edilən avtomobilin vurduğu şəxs Sabunçu Klinik Mərkəzinə çatdırılsa da, az sonra ölüb.

İlkin araşdırmalar zamanı vəfat edən şəxsin 1995-ci il təvəllüdlü Sadiq Rizvan oğlu Məmmədov olması müəyyən edilib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb.

Xatırladaq ki, tez-tez təkrarlanan “Prius” qəzalarından biri də srağagün qeydə alınmışdı. Taksi fəaliyyəti ilə məşğul olan sürücünün törətdiyi ağır qəza nəticəsində 22 yaşlı sərnişin vəfat etmişdi.