Londondakı terroru kimin törətdiyi bəlli olub

londondaki-terroru-kimin-toretdiyi-belli-olub
Oxunma sayı: 641

İŞİD terror qruplaşması Londonda 7 nəfərin ölümü, 48 nəfərin isə yaralanması ilə nəticələnən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. 

Xatırladaq ki, iyunun 4-ü gecə sürücü mikroavtobusu London körpüsündə kütlənin üzərinə sürüb, daha sonra Boro bazarına qədər irəliləyib. Naməlum şəxs maşından düşərək yoldan keçənlərə bıçaqla hücum edib. Polis 3 terrorçuya atəş açaraq onları öldürüb. Lakin onların kimlikləri ilə bağlı hələ də məlumat yoxdur. 

Qeyd edək ki, bu, Böyük Britaniyada son 3 ayda baş verən üçüncü terrordur.