Luvrda daha bir hadisə - 400 kitab su altında qaldı

luvrda-daha-bir-hadise
Oxunma sayı: 385

Parisin məşhur Luvr muzeyində su borusu partlayıb.

“Qafqazinfo” “Le Figaro”ya istinadən xəbər verir ki, hadisə nəticəsində Misir tarixi ilə bağlı təxminən 400 kitab su altında qalıb.

XIX əsrin sonları - XX əsrin əvvəllərinə aid bu kitabların üzərində hazırda mütəxəssislər çalışırlar.

“Kitablar quruyandan sonra onları bərpa üçün cildçiyə göndərəcəyik, sonra isə rəflərə qaytarılacaq”, - muzeyin nümayəndəsi Frensis Steynbok deyib.

Kitabxananın istilik və ventilyasiya sistemini təmin edən hidravlik şəbəkədə su sızmasının bir neçə gün əvvəl aşkar edildiyi bildirilir. Köhnəlmiş hidravlik şəbəkənin tam dəyişdirilməsi isə gələn ilin sentyabr ayına planlaşdırılırmış.

Xatırladaq ki, oktyabrın 19-u Luvr muzeyində qarət hadisəsi baş vermişdi. Belə ki, muzeyə daxil olan qarətçilər cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 qiymətli əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 102 milyon avro qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.