Venesuelanın paytaxtı Karakasda şənbə gecəsi yataqlarından çıxarılaraq saxlanılan və daha sonra ABŞ-yə aparılan prezident Nikolas Maduronun generallarına aid olduğu bildirilən görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, ABŞ ordusunun Prezident Donald Trampın göstərişi ilə Venesuelaya hərbi müdaxilə həyata keçirərək Prezident Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi Nyu-Yorka aparmasından sonra Maduronun yaxın çevrəsindən olan generallara aid görüntülər sosial mediada ən çox izlənən videolar sırasına daxil olub.
Yayılan videoda generalların rahat hərəkət etməsi diqqət çəkib.
Sosial şəbəkə istifadəçiləri görüntülərə “Maduronu niyə asanlıqla yatağından apardıqlarını indi başa düşdük” kimi şərhlər yazaraq, baş verən əməliyyata eyham vurublar.
Son xəbərlər
Son Xəbərlər