Mahnısının əlyazması 1 milyona satışa çıxarıldı - Foto

mahnisinin-elyazmasi-1-milyona-satisa-cixarildi
Oxunma sayı: 604

Məşhur rusiyalı müğənni Viktor Tsoyun “Gecəniz xeyrə” mahnısının əlyazma mətni hərraca çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Litfond” Hərrac Evi məlumat yayıb.

Bildirilib ki, hərracın başlanğıc qiyməti 1 milyon rubl (təxminən 22 min AZN) təşkil edir.

Məlumata görə, o, mahnının mətnini 1986-cı ilin iyununda yazıb.

Qeyd edək ki, daha əvvəl də Tsoyun rəsmi 1,5 milyon rubl start qiyməti ilə hərraca çıxarılmışdı. Rəsmin müəllifi o özü olub. 1980-ci illərə aid olan bu rəsm uzun müddət onun yaxın dostu, fotoqraf Sergey Borisovun fotoarxivində saxlanılmışdı.

Xatırladaq ki, V. Tsoy 28 yaşında 1990-cı ildə keçirdiyi avtomobil qəzasında həlak olub.