Makqreqor 40 saniyəyə qalib oldu - Video

makqreqor-40-saniyeye-qalib-oldu
Oxunma sayı: 7641

ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 246 turniri çərçivəsində irlandiyalı döyüşcü Konoq Makqreqorla amerikalı Donald Serrone arasında görüş baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, Makqreqor 40 saniyə ərzində rəqibini məğlub edib. O, oktaqona çıxar-çıxmaz üstünlüyü öz əlinə alıb. Əvvəlcə Serrone müqavimət göstərsə də, çənəsinə vurulan ayaq zərbəsindən qoruna bilməyib.

Amerikalı döyüşçü situasiya üzərində nəzarəti itirib. Makqreqor rəqibinə bir neçə zərbə endirdikdən sonra hakim döyüşü saxlatdırıb.