Makqreqor zorakılıqda ittiham olunur

makqreqor-zorakiliqda-ittiham-olunur
Oxunma sayı: 1532

Qarışıq döyüş növləri üzrə (MMA) irlandiyalı döyüşcü Konor Makqreqor 20 yaşlı qıza qarşı zorakılıqda ittiham olunur.

“Qafqazinfo”nun “Fox News”a istinadən məlumatına görə, insidentin Dublində barlardan birinin avtomobil dayanacağında baş verdiyi bildirilir.  

Döyüşcünün təmsilçiləri ittihamları qəbul etməyib. Onlar idmançının tez-tez müxtəlif şayiə və qeybətlərin qurbanı olduğunu bildirib.