Makron Qazaxıstan və Özbəkistana səfər edə bilər

makron-qazaxistan-ve-ozbekistana-sefer-ede-biler
Oxunma sayı: 1079

Fransa Prezidenti Emmanuel Makron noyabrda Qazaxıstan və Özbəkistana səfər edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” yayıb. 

Agentlik yazır ki, səfər noyabrın 1-2-si baş tuta bilər. Bununla belə, Fransa liderinin saytında bununla bağlı məlumat yer almayıb.

Makronun sözügedən ölkələrə səfəri Fransanın uran tədarükünü artırmaq istəyi ilə əlaqələndirilib. 

Bildirilir ki, Fransanın urana ehtiyacı Nigerdə enerji resursları emalının dayandırılması ilə bağlıdır. Belə ki, Nigerdəki hərbi çevrilişdən sonra Fransanın bu ölkədə həyata keçirdiyi uran hasilatı dayandırılıb.