“Maleone” multibrend butiki təqdim edir - Made in Azerbaijan

maleone-multibrend-butiki-teqdim-edir
Oxunma sayı: 1962

Biz, oxucuları “Maleone Concept Store” multibrend butiki ilə tanış etməyə davam edirik, və bu gün  burada təqdim olunan yerli brendlər haqqında ətraflı məlumat verəcəyik. Butikin təsisçiləri olan Xədicə Camal və Nuray Camal bacılarının məqsədlərindən biri də “Made in Azerbaijan” devizi altında birləşmiş brendlərin populyarlaşdırılmasıdır. Bu çox təqdiralayiq və mühüm məqsəddir, beləki, yerli dizaynerlər arasında ölkə hüdudlarından kənarda tanınanları da kifayət qədərdir. Onların kolleksiyaları dünya miqyaslı dizaynerlərin kolleksiyalarından heç də geridə qalmır, bəzi hallarda isə hətta onları üstələyir. Biz də, Camal bacıları kimi, əminik: zaman gələcək ki, bu adlar hazırkı top brendlər qədər populyar olacaq. 

Bu, brend əlbəttədə, Camal bacılarının yaratdığı “Maleone”-dir. Brendin adı – peşəkar müəllif komandasının əməyi nəticəsində, zərifliyin, incəliyin, sirr və gözlənilməzliyin təzahürü olan incə çiçək Maqnoliyadan ilhamlanmışdır.  Təsadüfi deyil ki, maqnoliya hər zaman şair, musiqiçi, rəssam və parfümerləri ilhamlandırmışdır.  Xədicə və Nuray Camalın kolleksiyası iki “budaqdan” ibarətdir: birincisi – Xədicə Camalın möhtəşəm printli əl işləri, və ikincisi – Nuray Camalın, oxşar rəng qammasına baxmayaraq,  tam fərqli tərzi. Bütövlükdə bir yerdə isə hər iki budaq “Maleone” harmonik eksklüziv geyim kolleksiyasını təşkil edir. Butikdə təqdim olunmuş Azərbaycan dizaynerlərinin digər brendləri FakhriyaKhalafova,  Zumrud Mirzalieva və HOKUMA by Hokuma-dır. 

HOKUMA by Hokuma

Hökumə Hacıyevanın bu demokratik hazır geyim brendi hələ 2014-cü ildə yaranmışdır. Dizayner çoxfunksionallı geyimlərə üstünlük verir və hər bir dəbli xanım onları müxtəlif aksesuarla asanlıqla uzlaşdıra bilər. Hələ 5 il öncə H. Hacıyeva avropa xəttindən istifadə edərək hazır geyim kolleksiyası hazırlamağa cürət etmişdir ki, bu da Azərbaycan üçün bir yenilik idi. Ona qədər Bakı dizaynerləri seriyalı geyim buraxmamışdır. 

Hökumə Hacıyevanın kolleksiyası Avropa motivləri və boho chic London üslubu ilə fərqlənir.  Dizaynerin özünün etirafına görə, üslub - dəbdən kənara çıxan geniş bir məfhumdur. H. Hacıyeva hesab edir ki, dəb – insanın əşyalara olan öz münasibətidir; ən əsası isə - üslub hissinə sahibi olmaqdır. Kolleksiya  yaradarkən, H. Hacıyeva 25-35 yaş arası müstəqil, özünə güvənən və həyatda özünü reallaşdırmış qadınlara istiqamətlənir.

Zümrüd Mirzəliyeva


Zümrüd Mirzəliyevanı tanıdan onun Bakıda keçirilən moda həftələrindəki rəngarəng təqdimatlarıdır: onun milli naxışlı zərif kolleksiyaları dərhal məhəbbət qazanmışdır. Bu gənc istedadlı qadın, self-made-in bariz təcəssümüdür: o, öz brendini yaratmaq yolunda heç də sadə olmayan bir yol keçmişdir.

Bu gün onun kolleksiyaları tanınır və möhtəşəm və mükəmməl üslubu ilə fərqlənir. Onun sözlərinə görə, Azərbaycan modası, Avropa modasından fərqli olaraq daha lokaldır, buna görə dizaynerlərimizin dünya bazarına çıxması, ən əsası isə, onu təəccübləndirməsi daha çətindir. Lakin, eyni zamanda bir üstünlüyümüz var, çünki etnik mənsubiyyətimizi bütün mümkün dizayn variantlarında göstərə bilərik. Yeri gəlmişkən, Zümrüd Mirzəliyeva özünə məxsus brendin paltarını geyinir.

Fakhriya Khalafova 

Azərbaycanın əməkdar incəsənət xadimi, məşhur dizayner Fəxriyyə Xələfovanın kolleksiyalarından möhtəşəm geyimlər bu gün hətta Ermitajı bəzəyir. Bakıda isə siz onları “Maleone” multibrend butikində görə və hətta əldə edə bilərsiniz.

Azərbaycan modası "F.Kh" inisialları ilə başlayır. Demək olar, 20 ildir ki, milli fashion-sənayesini istiqamətləndirir, trend göstərir. Eyni zamanda, Fəxriyyə xanım yalnız öz biznesini yaratmadı; onun kolleksiyaları dünya dəb şoularında iştirak edir ki, buna görə Fəxriyyə Xələfova əməkdar incəsənət xadimi adına layiq görülüb.
FakhriyaKhalafova geyimləri bir çox Azərbaycan ulduzlarının qarderobuna daxildir, onun son “sifarişçilərindən” biri isə süni intellektə malik ilk qadın-robot Safiyadır. Onun üçün Fəxriyyə Xələfova  kəlağayı ilə tamamladığı Azərbaycan milli geyimini yaratmışdır. 
Fəxriyyə Xələfovanın kolleksiyaları zəriflik, dəbdəbəlik və mütləq milli motivlərin olması ilə fərqlənir. Brendin fərqli xüsusiyyəti  -  şərq koloriti ilə Avropa zənginliyinin harmonik uzlaşmasıdır.

Qeyd edək ki, “Maleone” multibrend butikdə İtaliya, Fransa, BƏƏ, Tayvan, Rusiya, Serbiya, Almaniya, Böyük Britaniya, ABŞ və Livan dizaynerlərinin markaları da təmsil olunmuşdur. Bunların arasında həm Bakı alıcısına artıq tanış olan və onun üçün tam yeni markalar da vardır.  Bunlar: Karl Lagerfeld, Zayan the Label, Masterpeace, A LA RUSSE, RUBAN, Alena Akhmadullina, Zoë Jordan,  Alexis , Fausto Puglisi, Vatanika, Georges Hobeika,  VIVETTA, Valdrin Sahiti, VEGUL. Butikin sahibələri Xədicə Camal və Nuray Camal bacılarının sözlərinə görə isə, gələcəkdə markaların sayı yalnız artacaq.

Videonu buradan izləyə bilərsiniz: Youtube

 Maleone Concept Store 

Ünvan: Köykəb Səfərəliyeva küçəsi, 12
Tel: (012) 511 81 88; (050) 511 81 88

Social şəbəkələr:
https://www.instagram.com/maleone_azerbaijan/
https://www.facebook.com/maleoneazerbaijan/

© Advance.Azerbaijan – Marketinq Agentliyi