Malidə BMT sülhməramlısı avtomobilin partladılması nəticəsində öldü

malide-bmt-sulhmeramlisi-avtomobilin-partladilmasi-neticesinde-oldu
Oxunma sayı: 665

Malinin şimali-şərqində hücum nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) bir sülhməramlısı həlak olub, daha biri yaralanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasının (MINUSMA) saytında bildirilib.

MINUSMA-nın məlumatına görə, missiyanın maddi-texniki təminat karvanındakı yanacaq çəni aparan avtomobilə qarşı partlayıcı qurğu ilə hücum həyata keçirilib.

“Partlayış nəticəsində iki sülhməramlı ağır yaralanıb. Onlardan biri, təəssüf ki, tibbi evakuasiya zamanı aldığı yaralardan dünyasını dəyişib", - deyə məlumatda qeyd olunur. Daha sonra partlayışın baş verdiyi yerin yaxınlığında daha bir partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib.