Manaf Ağayev üzr istədi - Polisə çağırılıb

Manaf Ağayev üzr istədi
Oxunma sayı: 9870

Müğənni Manaf Ağayev efirdə arvadının başını kəsə biləcəyi barədə çıxışına görə polisə dəvət olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, onunla profilatik söhbət aparılaraq sərbəst buraxılıb. O, hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya təsdiq edib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi