“Mançester Yunayted”dən Fernandes üçün 55 milyon avro

mancester-yunaytedden-fernandes-ucun-55-milyon-avro
Oxunma sayı: 962

“Sportinq”in (Lissabon) oyunçusu Bruno Fernandes karyerasını İngiltərədə davam etdirə bilər. “Qafqazinfo” xəbər verir ki, portuqaliyalı oyunçu “Mançester Yunayted”in maraq dairəsindədir.

25 yaşlı futbolçunun Mançester təmsilçisi ilə 4 illik müqavilə imzalayacağı bildirilib. Lissabon klubu isə bu transferdən 55 milyon avro qazanacaq. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Bruno Fernades bu mövsüm “Sportinq” ilə çıxdığı oyunlarda 13 qol vurub.