Mariupolda indiyədək 2187 dinc sakin həlak olub

mariupolda-indiyedek-2187-dinc-sakin-helak-olub
Oxunma sayı: 2283

Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya hərbçiləri Mariupola 100-ə yaxın hava bombası atıb, nəticədə 2187 Mariupol sakini həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının bəyanatında bildirilib.

"Hər gün Mariupol rusların hava hücumlarından əziyyət çəkir. 24 saat ərzində dinc şəhər ən azı 22 dəfə edilib. Artıq Mariupola 100-ə yaxın aviabomba atılıb", - məlumatda qeyd edilib.