“Marsel” – “Lion” matçı ləğv edildi

marsel-lion-matci-legv-edildi
Oxunma sayı: 2105

Fransa Liqa 1-in 29 oktyabr Bakı vaxtı ilə saat 23:45-də başlamalı olan “Marsel” – “Lion” matçı ləğv edilib.

Qol.az RMC Sport-a istinadən xəbər verir ki, buna ev sahibi azarkeşlərin qonaq komandanın avtobusuna hücumu səbəb olub.

Matçın hansı tarixdə keçiriləcəyi qarşıdakı günlərdə bəlli olacaq. 

Qeyd edək ki, “Marsel” azarkeşlərinin hücumu nəticəsində “Lion”un baş məşqçisi Fabio Qrosso xəsarət alıb.