Marşrut avtobusu yanıb kül oldu - Video - Yenilənib

marsrut-avtobusu-yanib-kul-oldu
Oxunma sayı: 3224

Bu gün səhər saat 05 radələrində Xəzər rayonu, Binə qəsəbəsində marşrut avtobusu yanıb.

“Qafqazinfo” xəbər verir ki, “Çinar Trans” MMC-yə məxsus 160 nömrəli marşrut üzrə hərəkət edən BMC markalı avtobus tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı avtobusda sərnişinin olmadığı bildirilir.

***

FHN-dən bildirilib ki, hadisə vaxtı BMC markalı avtobusun yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, hadisəyə avtobusun mühərrikində yaranan nasazlıq səbəb olub:
“Oktyabrın 29-u saat 04:45-də Mərdəkan şosesi Binə qəsəbəsi yaxınlığında "Çinar Trans" MMC-nin istismarında olan 99-JK-966 dövlət nömrə nişanlı 160 nömrəli marşrut avtobusunda qarajdan başlanğıc dayanacağa (sərnişin olmadan) gedərkən mühərrikdə yaranan nasazlıq səbəbindən alovlanma baş verib. Alovun qarşısı alınıb. Xəsarət alan yoxdur”.