Maşın ağaca çırpıldı, sürücü yaralandı - Foto

masin-agaca-cirpildi-surucu-yaralandi
Oxunma sayı: 1598

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində sürücü ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli