Maşın aşdı, sürücü öldü

masin-asdi-surucu-oldu
Oxunma sayı: 2841

İmişlidə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, İmişli şəhər sakini, 1971-ci il təvəllüdlü İsmayılov Müşfiq Museyib oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza zamanı sürücü M.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli