Maşınını satmağa gedən gənc qadın yoxa çıxıb - Fotolar

masinini-satmaga-geden-genc-qadin-yoxa-cixib
Oxunma sayı: 3708

Rusiyanın Yekaterinburq şəhərində 27 yaşlı Kseniya Katerqorina naməlum şəraitdə itkin düşüb.

“Qafqazinfo”nun “Komsomolskaya pravda”ya istinadən verdiyi xəbərə görə, ipoteka şərtləri ilə ev götürmək istəyən qadın oktyabrın 10-da “Audi Q5” markalı avtomobilini satmağa gedib və həmin gündən etibarən ondan xəbər yoxdur.

Satış meneceri işləyən və azyaşlı qızı olan gənc qadının öldürülə biləcəyi istisna edilmir. Belə ki, onun avtomobilini alan kişi polisə ifadəsində bildirib ki, maşını ona iki kişi və bir qadın satıb.

Polis əməkdaşları avtomobildə axtarış apararkən qan izləri aşkarlayıblar.

Faktla bağlı cinayət maddəsi üzrə iş açılıb

Hazırda Rusiya polisi Katerqorinanın tapılması istiqamətində tədbirlər görür.