Mədət Quliyev MTN-də ixtisarlar aparacaq

medet-quliyev-mtn-de-ixtisarlar-aparacaq
Oxunma sayı: 6226

Milli Təhlükəsiz Nazirliyində ixtisarlar davam edəcək.

 "Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki,  bunu Milli təhlükəsiz nazir səlahiyyətlərini icra edən Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirb ki, son vaxtlar MTN-də boşalan vəzifələrə hələ təyinatlar olmayıb: “Əksinə, biz fikirləşirik ki, nazirlikdə ixtisarlar davam edəcək, yenidən təşkilolunma aparılacaq. Çünki MTN əməkdaşları sayca az olmalı və işini operativ şəkildə qurmalıdır”.

Daha sonra M. Quliyev əlavə edib ki, vəzifəyə təyin olunandan 250 yararsız əməkdaşı işdən çıxarıb.

M. Quliyev həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.

O, MTN-də baş verənlərlə bağlı başlanmış cinayət işinin gedişindən də danışıb: “Hazırda cinayət işi davam etdirilir və orda adı keçən fiqurlar təbii ki, günahı sübuta yetirilərsə, həbs ediləcəklər. Bu işdə kim qanunu pozubsa, qanun qarşısında cavab verəcək”.