Məhəmməd Kekalovun həbs müddəti uzadıldı

mehemmed-kekalovun-hebs-muddeti-uzadildi
Oxunma sayı: 2853

“Abzas media”nın direktor müavini Məhəmməd Kekalovun həbsdə saxlama müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Hakim prokurorun təqdimatını əsaslandırılmış hesab edib.

Qərara əsasən, Kekalovun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, “Abzas media” işi üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, həmçinin digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Təqsirləndirilən şəxslərin hər biri qaçaqmalçılıqda ittiham edilir.