Məhkəmə barışığa dəvət etdi - Flora Kərimova razılaşmadı

mehkeme-barisiga-devet-etdi
Oxunma sayı: 5912

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Abbas Rzayev tərəfləri dəfələrlə barışığa dəvət edib.

Hakim onların cəmiyyətdə tanınan və nüfuzlu şəxslər olmalarını, bu cür mübahisələrin başucalığı gətirmədiyini diqqətə çatdırıb.

Afət Fərmanqızı ifadə verərək, barışığa hazır olduğunu desə də, Flora Kərimova barışmaq niyyətində olmadığını açıqlayıb. A.Fərmanqızı məsələni məhkəmə zalından kənarda aydınlaşdırmağa hazır olduğunu bildirib.

Bundan sonra hakim proses iştirakçılarını zaldan çıxarıb, hər iki şəxsə təklikdə danışaraq, barışmağı təklif edib. Lakin Flora Kərimova yenə də israrla barışmaq istəmədiyini deyib.

Bundan sonra proses iyunun 14-dək təxirə salınıb. 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.