Ukrayna müdafiə nazirinin müşaviri yaralandı - Foto

ukrayna-mudafie-nazirinin-musaviri-yaralandi
Oxunma sayı: 785

Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov evinə “Şahed” pilotsuz uçuş aparatının çırpılması nəticəsində yaralanıb. 

“Qafqazinfo” xəbər verir ki, müşavir bu barədə sosial şəbəkələrdə xəstəxanadan çəkilmiş fotosunu paylaşaraq məlumat yayıb.

“Artıq evim yoxdur. Mən də yaralanmışam. Amma əsas odur ki, möcüzə sayəsində sağ qalmışam. Mən hadisələrin belə inkişafına mənəvi olaraq hazır idim və bu məni dayandırmayacaq”, - paylaşımda deyilir. 

Müdafiə nazirinin müşaviri hücumun onu məhv etmək üçün məqsədli şəkildə həyata keçirildiyini iddia edib.

Qeyd edək ki, 51 yaşlı Beskrestnov texniki bloqer və hərbi radiotexnologiyalar sahəsində məsləhətçi kimi tanınır.