Məhkəmədən xəstəxanaya aparıldı - Video

mehkemeden-xestexanaya-aparildi
Oxunma sayı: 4655

Tibbi işçiləri rusiyalı aktyor Mixail Yefremovu məhkəmə zalından xərəkdə çıxarıblar. O, təcili tibbi yardım maşınında xəstəxanaya aparılıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Botkin xəstəxanasından agentliyə bildirilib ki, Yefremov ağır vəziyyətdə reanimasiyadadır.

Növbəti iclas çərşənbə günü səhər saat 10:00-a keçiriləcək.

Xatırladaq ki, aktyor iyunun 8-də Moskvanın mərkəzində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Cipdə hərəkət edən artist əks hərəkət istiqamətinə çıxıb və furqonla toqquşub. Sonuncunun sürücüsü bir neçə saatdan sonra həyatını itirib.