Mehriban Əliyeva Senatın sədri ilə görüşdü- - Parisdə

mehriban-eliyeva-senatin-sedri-ile-gorusdu-
Oxunma sayı: 1101


Senatın sədri ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin çox yüksək səviyyədə olduğunu, xüsusilə də əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Bu yaxınlarda Fransa Senatında seçkilər keçirildiyini qeyd edən sədr Fransa-Qafqaz dostluq qrupunun tərkibinin də yenidən formalaşdırılacağını, quruma yeni sədr seçiləcəyini söyləyib.

Jerar Larşe Fransanın Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Mehriban Əliyeva ölkəmizin Fransa ilə siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib və qeyd edib ki, dövlət başçıları arasında yüksək səviyyəli dialoq mövcuddur. Ölkələrimizin iqtisadi sahədə münasibətləri yüksək templərlə inkişaf edir. Hazırda 50-dən artıq fransız şirkəti Azərbaycanda fəaliyyət göstərir. Humanitar sahədə çoxlu layihələr reallaşdırılıb və bundan sonra da həyata keçiriləcək.

Parlamentlərarası münasibətlərin də xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən Mehriban Əliyeva Milli Məclisdə Fransa ilə dostluq qrupunun rəhbəri kimi ölkələrimizin əlaqələrinin daha da inkişafına töhfələr verməyə hazır olduğunu söyləyib. Mehriban Əliyeva bildirib ki, Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müstəsna əhəmiyyətə malikdir. Ancaq 23 ildən artıqdır ki, davam edən sülh danışıqları Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə heç bir müsbət nəticə verməyib. 

Birinci xanım Jerar Larşeni Azərbaycana, o cümlədən Avropa Oyunlarının açılış mərasiminə dəvət edib.

Sonda mədəniyyət sahəsindəki layihələrin davam etdirilməsi, o cümlədən Fransa Senatında Azərbaycanla birgə tədbirlərin keçirilməsi təklif edilib. Bu təkliflər də bəyənilib.