Meksika və Peru paytaxtlarında “Xocalıya ədalət” çağırışı - Fotolar

meksika-ve-peru-paytaxtlarinda-xocaliya-edalet-cagirisi
Oxunma sayı: 688

"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar 24 fevral tarixindən başlayaraq Meksika və Perunun paytaxt şəhərləri Mexiko və Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları işıqlandırılır.

Azərbaycanın Meksikadakı Səfirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, lövhələrdə paytaxt Mexikonun Tlakskoake parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə 2012-ci ildə ucaldılmış abidənin təsviri, “Azərbaycana qarşı cinayət”, “Xocalıya ədalət” şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi əks olunub.

Bu şəhərlərin sakinləri bir həftə ərzində lövhədə yer almış QR kod vasitəsilə "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırım haqda ətraflı məlumat əldə edə biləcəklər.