“Məktəb tətilinin 1 mayadək uzadılması məlumatı doğru deyil” - Rəsmi açıqlama

mekteb-tetilinin-1-mayadek-uzadilmasi-melumati-dogru-deyil
Oxunma sayı: 16943

"Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında güya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır".

"Qafqazinfo"nun məlumatına görə, bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında yazıb. 

"Xahiş edirik, rəsmi xəbərlərə istinad edin", - deyə o əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb.