Məktəbdə əlilliyi olan uşaq döyüldü - “Təşkil edən direktordu”

mektebde-elilliyi-olan-usaq-doyuldu-
Oxunma sayı: 3383

Ağcabədidə məskunlaşan Laçın rayon sakini Zöhrab Mürsəlov iki övladının 37 saylı məktəbdə döyüldüyünü deyir.

“Qafqazinfo” Meydan TV-yə istinadən xəbər verir ki, uşaqlardan biri fiziki əngəllidir.

Uşaqlar jurnalistin döyülmə ilə bağlı suallarına belə cavab veriblər:

-Səni kim döydü?

-Şəhriyar Mürsəlov -Kəmalə müəllimə

-Saçınızdan yolurdu?

-Şəhriyar Mürsəlov- Hə... Deyirdi, daş düşsün başınıza.

Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyev Meydan TV-yə bildirib ki, uşaqları döyən Kəmalə müəlliməyə şiddətli töhmət verilib:

“O müəllimi dəyişmişik. Onu başqa sinifə keçirmişik. Həmin sinifə də başqa müəllimə dərs deyir”.

Məktəbin direktoru Səxavət Məmmədov isə zənglərə cavab verməyib.