Məktəbdən çıxarılan 9-cu sinif şagirdi intihar etdi - Yenilənib

mektebden-cixarilan-9-cu-sinif-sagirdi-intihar-etdi
Oxunma sayı: 6893

Beyləqanın Birinci Şahsevən kəndində 9-cu sinifdə oxuyan qız intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qız bir neçə gün əvvəl özünü həyətdəki tikilidən asıb.

Bildirilib ki, qız ailəsi tərəfindən bu yaxınlarda məktəbdən çıxarılıb və hicab geyindirilib.

***

İntihar edən 14 yaşlı qızın ailə üzvləri “Qafqazinfo”ya bildiriblər ki, onun özünü öldürməsinə səbəb kimi göstərilənlər düzgün deyil: “Uşaq uzun müddətdir hicab taxır, bu yeni deyil, illərdir belədi. Atası-anası namaz əhli, həm də ali təhsilli adamlardır. Uşağa zorla hicab geyindirilməsi yalandır. Məktəbdən də çıxarılmamışdı, sadəcə təxminən 10 gün əvvəl koronavirusa yoluxma qorxusuna görə dərsə göndərmirdilər.

Qız həyətdə uşaqlarla oynayırmış, sonra birdən yoxa çıxıb, axtaranda görüblər ki, özünü asıb. Prokurorluq əməkdaşları da gəlib lazımi işləri gördülər, araşdırma aparılır. Heç kim onun niyə intihar etməsi ilə bağlı hər hansı ehtimal deyə bilmir. Hamı şokdadı, çünki son günlər də qızın əhvalında bir dəyişiklik filan hiss olunmayıb”.

Rasim Məmmədli