Məktəbdənkənar təhsil müəssisələrinə qəbul da elektronlaşdırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
O bildirib ki, bu istiqamətdə də vətəndaş məmnuniyyəti, o cümlədən obyektivlik artırılacaq.