Məleykə Abbaszadə buraxılış imtahanlarından danışdı - Video

meleyke-abbaszade-buraxilis-imtahanlarindan-danisdi
Oxunma sayı: 3052

Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə imtahanlarla bağlı çıxış edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Abbaszadə deyib ki, bu il buraxılış imtahanlarında 200 mindən çox şagird iştirak edəcək: “İmtahanlar minə yaxın binada keçiriləcək. Hər kəs öz yaşadığı kənddə, şəhərdə yerləşən məktəbdə imtahan verəcək. Hər gün ən azı 4 növ imtahan keçiriləcək. Təşkilatçılıq baxımından bunun necə çətin olduğunu yəqin ki, başa düşürsünüz. Buna görə də hər kəs qaydalara əməl etməlidir. 15 minə yaxın nəzarətçi müəllim olacaq. Hər zalda 15 nəfərə qədər şagird olacaq. Hər zala 1 nəzarətçi ayrılacaq. Bu insanlarla trenninqlər keçirilib, nəzarətçi heyəti artıq bu prosesə tam hazırdır”.